BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı

10:55 - 26 / 04 / 2018
BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı

Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, imzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev, universitetin IT fakültəsinin dekanı, professor Fuad Hacıyev, BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrasınin müdiri Manafəddin Namazov və digərləri iştirak ediblər.

Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, Ali Məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Daha sonra Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universitetilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda iştirak, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər müzakirə olunaraq razılıq əldə olunub.

Daha sonra  BANM-ın rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev əməkdaşlıq haqqında razılığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Sonda qonaqlar yaranmış münasibət və diqqət üçün Ali Məktəbin rəhbərliyinə təşəkkür edib və əməkdaşlığın uğurlu olacağına əmin olduqlarını bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
467

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər