Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib

13:32 - 27 / 04 / 2018
Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm".

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər