İlham Əliyev Monteneqro prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Monteneqro prezidentini təbrik edib

15:23 - 27 / 04 / 2018
İlham Əliyev Monteneqro prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş prezidenti  Milo Cukanoviçə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Cukanoviç, 

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər