Bakıda hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb – FOTO – VİDEO – YENİLƏNİB

14:00 - 28 / 04 / 2018
Bakıda hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb – FOTO – VİDEO –  YENİLƏNİB

Aprelin 28-də Bakının Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğının baş verdiyi əraziyə gəlib.

13.15

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  gəlib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yanğın əhatə dairəsi genişlənib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

12.47

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

S.Xankişiyeva

 

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər