“Formula 1” yarışına start verilib | 1news.az | Xəbərlər
FORMULA 1

“Formula 1” yarışına start verilib

16:55 - 29 / 04 / 2018
“Formula 1” yarışına start verilib

Bakıda “Formula 1” pilotlarının əsas yarışına start verilib.

1news.az-ın verdiyi xəbərə görə, 10 komandadan 20 pilot start xəttində aşağıdakı mövqeləri tutublar:

  1. Sebastyan Fettel (Ferrari)
  2. Lüis Hemilton (Mercedes)
  3. Valtteri Bottas (Mercedes)
  4. Daniel Rikkardo (Red Bull)
  5. Maks Ferstappen (Red Bull)
  6. Kimi Raykkonen (Ferrari)
  7. Esteban Okon (Force İndia)
  8. Serxio Peres (Force İndia)
  9. Karlos Sayns (Renault)
  10. Lens Stroll (Williams)
  11. Sergey Sirotkin (Williams)
  12. Fernando Alonso (McLaren)
  13. Şarl Lekler (Sauber)
  14. Niko Hülkenberq (Renault)
  15. Kevin Maqnussen (Haas)
  16. Stoffel Vandorn (McLaren)
  17. Pyer Qasli (Toro Rosso)
  18. Markus Eriksson (Sauber)
  19. Brendon Hartli (Toro Rosso)
  20. Romen Qrojan (Haas)

Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

“Formula 1” bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir.

S.Xankişiyeva

 

Paylaş:
6044

Son xəbərlər

Bütün xəbərlər