Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – XƏRİTƏ

Bu gün Bakının Xətai rayonunda yerləşən Yusif Səfərov küçəsində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə 1news.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb paytaxtda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə adıçəkilən küçədə üfüqi nişanlanma xətlərinin rənglənməsidir.
“Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq”, - deyə məlumatda qeyd olunub.
1news.az
488