Goranboyda avtomobil yolunun tikintisinə 4,4 milyon manat vəsait ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Goranboyda avtomobil yolunun tikintisinə 4,4 milyon manat vəsait ayrılıb

17:58 - 30 / 04 / 2018
Goranboyda avtomobil yolunun tikintisinə 4,4 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1news.az  

 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər