Prezident İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib

20:29 - 02 / 05 / 2018
Prezident İlham Əliyev xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri xalq rəssamı, professor Tokay Həbib oğlu Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

1news.az-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat edib.

Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışıb. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə “Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləyib. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olub.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutub, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirib. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanıb, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırıb.

Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərib. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayıb, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb edib. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olub. Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!"

İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Fərhad Xəlilov
Tahir Salahov
Ömər Eldarov
Ağəli İbrahimov
Salxab Məmmədov
Altay Hacıyev
Fazil Nəcəfov
Fuad Salayev
Arif Hüseynov
Xanlar Əhmədov
Nazim Bəykişiyev.

1news.az

Paylaş:
352

Son xəbərlər

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edibBu gün, 15:49İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşübBu gün, 14:52Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıbBu gün, 14:47Silahlı şəxs tutulduBu gün, 14:45Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib - FOTOBu gün, 14:41Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilirBu gün, 14:32Bakıda dünya dini liderlərinin görüşü keçirilirBu gün, 14:22XalqKartı pulsuz əldə edin!Bu gün, 14:17Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edibBu gün, 14:14Hərbi attaşelər Daxili Qoşunların Ali Hərbi Məktəbini ziyarət ediblərBu gün, 13:54Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanınBu gün, 13:48Bakıda mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürülübBu gün, 13:35“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıbBu gün, 13:33
Bütün xəbərlər