Ermənistan parlamentinin iclası keçirilir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin iclası keçirilir

11:03 - 03 / 05 / 2018
Ermənistan parlamentinin iclası keçirilir

Kvorumun olmaması səbəbindən dünən baş tutmayan Ermənistan parlamentinin iclası bu gün keçirilir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, parlamentin gündəliyində 12 məsələ var.

Erməni deputatalar Konstitusiya Məhkəməsinin hakiminin seçilməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, yerli referendum və digər məsələləri müzakirə edəcəklər.

Ermənistan prezidenti Armen Sarkisyan KM-nin hakimi vəzifəsinə Emil Babayanı təklif edib.

Xatırladaq ki, Ermənistan parlamentində mayın 8-də növbəti dəfə baş nazir vəzifəsinə seçkilər keçiriləcək.

P.Sultanova 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər