Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks avtomobil müsadirə olunub
Çinin gömrük xidməti ölkəyə qaçaq yolla gətirilən və ümumi dəyəri 1 milyard yuandan (167 milyon AB dolları) çox olan 1600-dən çox lüks avtomobili müsadirə edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Bentley”, “Land Rover” və “Porsche” modelləri də daxil olmaqla bahalı avtomobilləri ölkəyə qaçaq yolla gətirən 7 nəfər saxlanılıb.
İlkin təhqiqat nəticəsində müəyyən olunub ki, Çindao şəhərində avtomobil ticarəti ilə məşğul olan iki şirkət xaricdən gətirilən lüks avtomobillərin alış qiymətinin aşağı göstərildiyi saxta sənədlər təqdim etməklə külli miqdarda gömrük rüsumundan yayınıblar. Məsələ ilə əlaqədar cinayət işi başlanılıb.
1news.az
597