Qazaxıstanda məktəb yanıb: 2000 nəfər təxliyyə olunub | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda məktəb yanıb: 2000 nəfər təxliyyə olunub

18:07 - 05 / 05 / 2018
Qazaxıstanda məktəb yanıb: 2000 nəfər təxliyyə olunub

Qazaxıstanın paytaxtı Astanada orta məktəblərin birində yanğın baş verib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində böyük əksəriyyəti şagirdlər olmaqla 2000-ə yaxın şəxs təxliyyə olunub.

Qeyd olunur ki, yanğın naməlum səbəblərdən məktəbin məişət bölməsində başlayıb. Nəticədə çoxlu sayda mebel və fərdi əşyalar zərər çəkib.

Yanğının qarşısı bir saat ərzində alınıb.

S.Xankişiyeva

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər