Sabah Rusiya hökuməti istefa verəcək | 1news.az | Xəbərlər
Dünya

Sabah Rusiya hökuməti istefa verəcək

15:25 - 06 / 05 / 2018
Sabah Rusiya hökuməti istefa verəcək

Bazar ertəsi Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya hökuməti istefa verəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, növbəti gün isə Nazirlər Kabinetinə yeni baş nazirin təyin ediləcəyi gözlənilir.

Mayın 7-də Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq.

Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək.

İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.

S.Xankişiyeva

 

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər