İlham Əliyev “DP World” şirkətinin prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “DP World” şirkətinin prezidentini qəbul edib

14:38 - 09 / 05 / 2018
İlham Əliyev “DP World” şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğuladı. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini dedi.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd etdi və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını dedi. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd etdi.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Raşid Al Məktuma çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

S.Xankişiyeva

 

Paylaş:
317

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər