Prezident deputatların maaşlarının artırılması barədə qanunu təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident deputatların maaşlarının artırılması barədə qanunu təsdiqləyib

13:42 - 12 / 05 / 2018
Prezident deputatların maaşlarının artırılması barədə qanunu təsdiqləyib

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Milli Məclis (MM) sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

S.Xankişiyeva

 

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər