Tehranda kütləvi aksiya keçirilib
ABŞ-ın nüvə razılaşmasından birtərəfli qaydada çıxmasına qarşı Tehranda və İranın digər böyük şəhərlərində etiraz aksiyası keçirilib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yüz mindən çox adamın iştirak etdiyi aksiyanın sonunda etirazçıların qəbul etdiyi qətnamə oxunub.
ABŞ-ın birtərəfli qaydada nüvə razılaşmasından çıxması və İrana qarşı heç bir əsası olmayan iddialar irəli sürməsi onun hegemonluq siyasəti aparmasından xəbər verir. ABŞ beynəlxalq qanunların heç birinə əhəmiyyət vermədən başqa dövlətlərin daxili işlərinə qarışır və dünya ictimaiyyəti buna göz yumur.
Qətnamədə Avropa ölkələri də tənqid olunub. Qeyd olunub ki, Avropa dövlətləri İranın haqlı olduğunu bildikləri halda ABŞ-ın siyasətinə uyğun siyasət aparırlar. İran xalqının artıq nə ABŞ-a, nə də Avropa dövlətlərinə etimadı qalmayıb.
S.Xankişiyeva