Ali qonağın şərəfinə rəsmi ziyafət verilib | 1news.az | Xəbərlər
Rəsmi

Ali qonağın şərəfinə rəsmi ziyafət verilib

21:40 - 21 / 05 / 2018
Ali qonağın şərəfinə rəsmi ziyafət verilib

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Serbiya Prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını dedi. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd etdi.

Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələr üzrə məsləhətləşmələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi, ölkələrimizin qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan əlaqələrinin əhəmiyyətini vurğuladı.

Serbiya Prezidenti Aleksandr Vuçiç yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Serbiya Prezidenti bu münasibətlərin qarşılıqlı inama və etimada söykəndiyini bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm işlərin şahidi olduğunu deyən Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün münbit şəraitin yaranmasının əhəmiyyətini vurğuladı.

Sonda Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını çatdırdı.

1news.az

Paylaş:
404

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər