Bakı və qəsəbələrində təhsil müəssisələrinin təmirinə və tikintisinə 40 milyon manat ayrıldı - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Bakı və qəsəbələrində təhsil müəssisələrinin təmirinə və tikintisinə 40 milyon manat ayrıldı - SİYAHI

18:06 - 23 / 05 / 2018
Bakı və qəsəbələrində təhsil müəssisələrinin təmirinə və tikintisinə 40 milyon manat ayrıldı - SİYAHI

Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. 

Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

Binəqədi rayonu

1

Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik  yeni binanın inşası

4 377 000

2

Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi

1 768 000

Qaradağ rayonu

3

Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri

3 858 000

Nərimanov rayonu

4

Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 170 000

Sabunçu rayonu

5

Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 084 000

6

Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 799 000

7

Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 600 000

8

Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və  bərpa-gücləndirilməsi

2 480 000

9

Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri

4 660 000

Suraxanı rayonu

10

Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 204 000

                                                                             Cəmi

40 000 000

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər