İlham Əliyev: Ermənistan qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Ermənistan qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür

19:50 - 23 / 05 / 2018
İlham Əliyev: Ermənistan qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür

Prezident İlham Əliyev “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi ürəkdən salamlayır, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfransın işə başlaması münasibətilə təbrik edirəm.

Qafqaz dövlətləri arasında münasibətlərin hərtərəfli tədqiqi, obyektiv elmi nəticələrin çıxarılması və geniş yayılması mühüm praktiki əhəmiyyət kəsb edir. Bu bölgə əsrlərdən bəri müxtəlif xalqların və mədəniyyətlərin qaynayıb qarışdığı, özünəməxsus zəngin mədəni irsə və ənənələrə malik nadir bir məkandır. Strateji əhəmiyyətinə görə hər zaman müxtəlif güc mərkəzlərinin maraq dairəsində olması regionda dövlətlərarası əlaqələrə və xalqlar arasında münasibətlərin xarakterinə xeyli dərəcədə təsir göstərmişdir. Bir əsr əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və digər qonşu respublikaların tarixi, habelə müasir müstəqillik dövrünün təcrübəsi göstərir ki, Qafqaz xalqlarının istiqlaliyyəti, əmin-amanlığı və rifahı, ilk növbədə, onların qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlığından asılıdır. Təəssüf ki, ötən əsrin əvvəllərində olduğu kimi, indiki Ermənistan dövləti də qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür, işğal, soyqırımı və etnik təmizləmələr həyata keçirir. Bu isə bölgədə sülhə, sabitliyə və ölkələrin tərəqqisinə əngəl yaradır.

Azərbaycanın və dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 200-dək tədqiqatçının iştirakı ilə keçirilən belə beynəlxalq konfranslar tarixi təcrübəni, geosiyasi prosesləri öyrənməklə nəticələri dərindən qiymətləndirməyə, habelə müvafiq elmi-tədqiqat institutları və mütəxəssislər arasında ikitərəfli əməkdaşlığın qurulmasına və inkişafına kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsinə öz töhfəsini əsirgəməyəcəkdir.

Ümidvaram ki, konfrans çərçivəsində aparacağınız müzakirələr, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində əhəmiyyətli addım olacaq, beynəlxalq elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir.

Hamınıza bu yolda böyük nailiyyətlər, şəxsi həyatınızda möhkəm cansağlığı və səadət arzulayıram”.

1news.az

Paylaş:
399

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər