Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
İspaniyanın Kralı VI Felipedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
“Cənab Prezident.
Sizi bu il xüsusi əhəmiyyət kəsb edən və Azərbaycanın milli bayramı olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həm öz adımdan, həm də İspaniya hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Cənab Prezident, Sizə şəxsi rifah, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırıram.
Sizə dərin hörmət və ehtiramımı izhar edirəm”.
XXX
Macarıstan Respublikasının Prezidenti Yanoş Aderdən:
“Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.
Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.
Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.
XXX
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesdən:
“Cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
XXX
Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosdan:
“Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi yunan xalqı adından və eləcə də öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Yaranmış bu xoş fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına rifah və tərəqqi, Sizə isə möhkəm cansağlığı arzulayıram”.
XXX
Mərakeşin Kralı VI Məhəmməddən:
“Cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, xalqlarımız arasında möhkəm qardaşlıq bağlarına, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.
Mən xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını səbirsizliklə gözləyirəm”.
XXX
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirdən:
“Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, bu möhtəşəm Milli Gün münasibətilə Sizi, ailənizi, Sizin simanızda bütün Azərbaycan xalqını və dövlətini Sudan hökuməti, xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Mən bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızda olan qardaşlıq və sülh bağlarının getdikcə daha da güclənəcəyinə əminliyimi ifadə etməkdən şərəf duyuram.
Zari-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz”.
XXX
İsveçrə Konfederasiyasının Prezidenti Alain Bersetdən:
“Zati-aliləri.
Sizi milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı bildirirəm. Bu ilin yanvar ayında Dünya İqtisadi Forumu çərçivəsindəki görüşümüzü böyük məmnunluq hissi ilə xatırlayıram. Həmin görüş İsveçrə ilə Azərbaycan arasında çox yaxşı əlaqələrin mövcudluğunu təcəssüm etdirir.
Ölkələrimiz arasında etimad və dostluğa əsaslanan bu münasibətlərin qarşıdakı aylarda və illərdə daha da inkişaf edəcəyinə inanıram.
Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
XXX
Koreya Respublikasının Prezidenti Mun Ce-indən:
“Zati-aliləri.
Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Koreya Respublikasının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Təqdirəlayiqdir ki, Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olmuşdur.
Ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanaraq ümid edirəm ki, əməkdaşlığımızın möhkəmlənməsi və dərinləşməsi gələcəkdə daha geniş vüsət alacaqdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına əbədi firavanlıq arzu edirəm”.
XXX
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən:
“Möhtərəm Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.
Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.
Hazırda müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz əməyiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanaraq, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.
Zati-aliləri, hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.
XXX
Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan:
“Möhtərəm cənab Prezident.
Sizi və Azərbaycan xalqını Mersin sakinləri adından, şəxsən öz adımdan səmimiyyətlə salamlayır, sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.
Azərbaycanla Türkiyə arasındakı əlaqələri daim yüksək dəyərləndiririk. Vətəninizin birliyi və millətinizin müstəqilliyi uğrunda apardığınız mübarizədə qazanılmış zəfərin – bu yolda ən böyük addım olan Cümhuriyyətin yaradılmasının 100-cü ildönümündə Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Birlik və bərabərlik ab-havasının davamlı olması, qardaşlığımızın gündən-günə daha da inkişaf etməsi, Vətənimizin gələcəyə güvənlə baxan daha güclü bir ölkə olması diləyi ilə ən səmimi sevgi və salamlarımı Sizə çatdırıram”.
XXX
Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri Şövkət Candan:
“Hörmətli cənab Prezident.
Tarsus sakinləri adından və şəxsən öz adımdan Sizə, Azərbaycan xalqına Türkiyədən qucaq dolusu sevgi və salamlarımızı çatdırıram.
Biz Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən qardaşlıq əlaqələrini hər zaman yüksək dəyərləndiririk. Yüz il bundan əvvəl xalqınızın müstəqillik uğrunda mübarizəsinin nəticəsi olan haqlı zəfərinizin ildönümü – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaşlığımızın və dostluğumuzun bundan sonra da möhkəmlənməsini və əbədi davam etməsini diləyir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq arzulayıram”.
1news.az