ADR-in yüzilliyi: Biz kimik və nəyə hüququmuz çatır? | 1news.az | Xəbərlər
Cəmiyyət

ADR-in yüzilliyi: Biz kimik və nəyə hüququmuz çatır?

14:27 - 28 / 05 / 2018
ADR-in yüzilliyi: Biz kimik və nəyə hüququmuz çatır?

Bu gün biz Şərqdə ilk demokratik respublika olaraq Böyük Britaniya və ABŞ-dan da qabaq qadınlara siyasi hüquqlar verən Azərbaycan Demokratik Respublikasının (ADR) yüzilliyini qeyd edirik.

Bundan əlavə, o zaman hökumət mütərəqqi istiqamətdə böyük səy göstərdi. Ölkədə ilk təhsil müəssisəsi olan Azərbaycan Dövlət Universiteti yaradıldı, Qori seminariyasının Azərbaycan bölməsi Azərbaycana köçürüldü, dövlət bankı yaradıldı, kütləvi informasiya vasitələrinin üzərindən senzuranın götürülməsi ilə bağlı qanun qəbul edildi.

Xarici siyasətdə də müəyyən addımlar atıldı. Gənc dövlət faktiki olaraq Antanta dövlətləri tərəfindən ADR-in tanınmasına nail oldu. Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilson tərəfindən qəbul edildi, general Denikinin ordusunun Qafqaza yürüş edəcəyi təqdirdə həyata keçiriləcək birgə tədbirlərlə bağlı Gürcüstanla hərbi razılaşma imzalandı.

Bununla yanaşı, ADR dünya güclərindən kifayət qədər hərbi və maddi dəstək almamışdı. Bunun səbəbi Birinci Dünya Müharibəsinin sona çatması və hər kəs üçün, xüsusən də Türkiyə üçün çətin müharibə dövründən sonra hər hansı bir siyasi yardım göstərmək imkanının olmaması idi.

Yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın sovetləşdirilməsinə başlanıldı. Şübhəsiz, 1920-ci ildə ADR-in varlığına son qoyulmasaydı Azərbaycan ciddi inkişafa nail olacaqdı.

Bununla belə demokratik respublika müasir Azərbaycan üçün mühüm siyasi alətlər miras qoydu. Azərbaycan Respublikası Ali Soveti məhz 1918-ci ildəki Müstəqillik Bəyannaməsinə əsaslanaraq, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” aktını qəbul etdi. Bu, yeni bir dövlətin yaradılması deyil, bolşevik çevrilişi nəticəsində itirdiyi müstəqilliyinin bərpası deməkdir. Bununla yanaşı, Azərbaycan SSRİ-nin tərkibinə 1918-ci ildəki dövlət sərhədləri çərçivəsində, heç bir statusa malik olmayan Dağlıq Qarabağla birlikdə tam hüquqlu bir respublika kimi daxil oldu. Bu Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmaması ilə bağlı erməni tərəfinin arqumentlərini alt-üst edir.

Həm də, ADR bu məsələni digər xalqların və Azərbaycanda yaşayan milli azlıqların hüquqları ilə həll edib. Birincisi, bunu parlamentdəki yerlərin sayının Azərbaycan əhalisinin ümumi sayına görə müəyyən edilməsi ilə bağlı qanun təsdiq edir. Beləliklə, 1918-ci il Mart soyqırımına baxmayaraq “erməni fraksiyası” 5, “Daşnaksütyun” 6 yer əldə etdi. “Slavyan-rus icması” və “milli azlıqlar” isə müvafiq olaraq 5 və 4 yerə yiyələndilər. Bununla da ADR bugünkü çoxmillətli mədəniyyətin təməlini qoydu və bu gün Ermənistandakı Njde abidəsinin fonunda radikal millətçiliyi kökündən aradan qaldırdı.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, biz heç də təqdim olunduğumuz kimi Cənubi Qafqazın azsaylı xalqı deyilik. Dünya yanlış olaraq bizi 10 milyonluq azsaylı xalq hesab edir. Misal üçün, İranda Azərbaycanın özündən çox, təxminən 30 milyon azərbaycanlı var, dünyada isə ümumilikdə 50 milyona yaxın azərbaycanlı yaşayır. Belə çıxır ki, bizim sayımız ispanların, isveçlilərin, yunanların, kanadalıların və digərlərinin sayından daha çoxdur. Buna görə də siyasi və diplomatik sahələr də daxil olmaqla bütün sahələrdə ciddi uğur qazanmaq üçün böyük səy göstərərək dünyada bizim barədə mövcud olan təsəvvürləri dəyişməliyik.

Biz eyni zamanda tarixin müxtəlif dövrlərində azərbaycanlıların verdiyi töhfələrə görə qürur duymalıyıq. Məsələn, “yeni” tarixə nəzər salsaq görərik ki, Böyük Vətən Müharibəsi dövründə Azərbaycan cəbhəyə 600 min döyüşçü verib, SSRİ-nin neftinin 70-75 faizi, benzinin isə 85-90 faizi Bakının payına düşür. Bakı neftçilərinin gərgin əməyinin sayəsində Bakı tamamilə qəhrəman şəhər adlandırılmağa layiqdir. Bundan əlavə Azərbaycan dünyaya böyük mədəniyyət və siyasət xadimləri bəxş edib. Ancaq biz özümüzü bununla məhdudlaşdıra bilmərik və daha inkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alaraq tərəqqi və inkişaf yolunda irəliləməyə davam etməliyik.

Azərbaycan Qafqaz Albaniyası və Atropatenadan müasir Azərbaycan Respublikasına qədər böyük tarixi bir yol keçib. Bizim vəzifəmiz, Azərbaycanın dünyada coğrafi təsvirinə görə deyil, adına görə tanınmasına nail olmaqdır.

100 illiyiniz mübarək, respublikaçılar!

Cavid Məmmədzadə

siyasi analitik

Paylaş:
996

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər