Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

23:35 - 30 / 05 / 2018
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: 

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olmuşdur. Xalqlarımızın yaxın dost kimi bir-birinin yanında olmalarından xoşbəxtəm.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsini arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

XXX

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident.

Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaqdır.

Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan dövlətçiliyinin əsası qoyulmuşdur. Ötən dövr ərzində Azərbaycan mühüm uğurlara imza atmışdır və iqtisadiyyatda, elmdə, mədəniyyətdə əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi sahəsində böyük müvəffəqiyyətlər qazanmışdır.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına isə daimi tərəqqi, sülh və rifah arzulayıram”.

XXX

İndoneziya Respublikasının Prezidenti Coko Vidododan:

“Zati-aliləri.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Arzu edirəm ki, bu bayram Sizə və Azərbaycan xalqına uzunmüddətli rifah və tərəqqi gətirsin.

Mən İndoneziya və Azərbaycanın illər ərzində qarşılıqlı etimad və hörmətə əsaslanan səmimi münasibətləri bölüşdüyünü qeyd etməkdən məmnunam. Ümid edirəm ki, xalqlarımızın tərəqqisi və firavanlığı naminə gələcəkdə də birgə çalışacaq, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

XXX

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən:

“Zati-aliləri, əziz qardaşım.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan sıx qardaşlıq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimizin ikitərəfli münasibətləri xalqlarımızın ortaq maraqları naminə gələcək illərdə daha da güclənəcək.

Zati-aliləri, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Biz Pakistanda azərbaycanlı qardaşlarımızın bu bayram gününün sevincini bölüşürük.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1news.az

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər