Prezident İlham Əliyev Ağsu rayonunda yol tikintisinə 5,8 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Ağsu rayonunda yol tikintisinə 5,8 milyon manat ayırıb

19:31 - 31 / 05 / 2018
Prezident İlham Əliyev Ağsu rayonunda yol tikintisinə 5,8 milyon manat ayırıb

Prezident İlham Əliyev mayın 31-də “Ağsu rayonunun Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AZƏRTAC 

Paylaş:
663

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər