İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib – YENİLƏNİB

17:00 - 03 / 06 / 2018
İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.

Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

Paylaş:
548

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər