Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

16:41 - 06 / 06 / 2018
Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

1news.az xəbər verir ki, görüşdə səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Mariya Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Səfir Mariya Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

P.Sultanova

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər