Belçikada erməni cinayətkar dəstə zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Dünya

Belçikada erməni cinayətkar dəstə zərərsizləşdirilib

17:22 - 06 / 06 / 2018
Belçikada erməni cinayətkar dəstə zərərsizləşdirilib

Belçika polisi Şərqi Flandriyada 21 ünvanda axtarış işləri aparıb.

Buna səbəb Belçika-Ermənistan cinayətkar qruplaşmasının fəaliyyətinin araşdırılması olub. Araşdırmaları Belçika federal prokurorluğu aparır.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, dindirilmələr zamanı 13 nəfər həbs edilib.

Məlum olub ki, qruplaşma fəaliyyətə 2014-cü ildə peşəkar tennisçilər arasında başlayıb. Qruplaşmanın üzvləri danışılmış oyunlarla bukmeykerlərdən külli miqdarda pullar qazanıb. Araşdırmalar isə 2015-ci ildən başlayıb. Qeyd edilib ki, bu işdə Belçikada yaşayan ermənilərin də əli var.

Pullar yalnız ikinci dərəcəli turnirlərə qoyulurdu.

S.Xankişiyeva

 

Paylaş:
362

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər