Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

09:50 - 06 / 06 / 2018
Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
1460

Son xəbərlər

Unibank 3-cü rübü də mənfəətlə başa vurub25 / 10 / 2021, 18:30Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb25 / 10 / 2021, 18:07Müharibə, ata və oğul... - İlin fotosu25 / 10 / 2021, 18:00Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb25 / 10 / 2021, 17:53Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb25 / 10 / 2021, 17:50Milli Məclisin 29 oktyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 10 / 2021, 17:49Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb - FOTO25 / 10 / 2021, 17:43Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - VİDEO25 / 10 / 2021, 17:41Baku Electronins 25-ci mağazasını açdı - FOTO25 / 10 / 2021, 17:29Azərbaycanın Vatikanda səfirliyi açılacaq25 / 10 / 2021, 17:20ANAMA bir həftə ərzində minadan təmizlənən sahəni açıqladı - STATİSTİKA25 / 10 / 2021, 17:11Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib25 / 10 / 2021, 17:08Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı keçirilən mətbuat konfransı İtaliya mətbuatının diqqətində olub25 / 10 / 2021, 17:00Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb25 / 10 / 2021, 16:57Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olub - FOTO - YENİLƏNİB25 / 10 / 2021, 16:52Ötən gün Azərbaycanda 366 nəfərə koronavirus əleyhinə vaksin vurulub - STATİSTİKA25 / 10 / 2021, 16:4225 oktyabra olan koronavirus STATİSTİKASI açıqlandı - FOTO25 / 10 / 2021, 16:36Prezident İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündür25 / 10 / 2021, 16:35Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb25 / 10 / 2021, 16:24Dövlət başçısı Şavkat Mirziyoyevi yenidən Özbəkistan Prezidenti seçilməsi münasibətilə təbrik edib25 / 10 / 2021, 16:23
Bütün xəbərlər

Next TV