Ötən il ən çox pul qazanan idmançılar – SİYAHI | 1news.az | Xəbərlər
İdman

Ötən il ən çox pul qazanan idmançılar – SİYAHI

10:24 - 06 / 06 / 2018
Ötən il ən çox pul qazanan idmançılar – SİYAHI

Dünyanın məşhur iqtisadiyyat jurnalı “Forbes” ötən ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

1news.az-ın məlumatına görə, 2017-ci ildə ən çox gəlir əldə edən idman adamı boksçu Floyd Meyvezer olub.

Amerikalı boksçu ötən ili 285 milyon dollar qazancla tamamlayıb. Bu məbləğin 275 milyonunu o, Konor Makqreqorla döyüşdən, 10 milyonunu isə reklamdan əldə edib. İrlandiyalı döyüşçü özü isə 99 milyonla siyahının 4-cü pilləsində qərarlaşıb.

Futbolçulardan Lionel Messi ikinci (111 milyon), Kristiano Ronaldo üçüncü (108 milyon), Neymar isə beşinci (90 milyon) pillədə yer alıb.

Altıncı pillədə basketbolçu Lebron Ceyms (85,5 milyon), yeddinci pillədə tennisçi Rocer Federer (77,2 milyon), səkkizinci pillədə basketbolçu Stefen Karri (76,9 milyon), doqquzuncu pillədə amerika futbolu ulduzu Met Rayan (67,3 milyon), onuncu pillədə isə daha bir amerika futbolu ulduzu Metyu Stafford (59,5 milyon) qərarlaşıb.

Ümumilikdə, son 12 ayda (2017-ci ilin iyunundan 2018-ci ilin iyununa qədər) 11 idman növünü təmsil edən 100 ən çox gəlir əldə edən atlet 3,8 milyard dollar gəlir əldə edib.

Floyd Meyvezer

Lionel Messi

Kriştiano Ronaldo

Konor Makqreqor

Neymar

Lebron Ceyms

Rocer Federer

Stefen Karri

Met Rayan

Metyu Stafford

Babək Cahandarov

Paylaş:
1064

Son xəbərlər

Bütün xəbərlər