Lavrov Qarabağın danışıqlarda iştirakı barədə

Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirakı barədə qərar Yerevan və Bakının razılığı ilə olmalıdır.
1news.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında bildirib.
O deyib ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır. Problem ATƏT-in Minsk qrupu vasitəsilə həll edilməlidir: "Biz, bunun ən yaxşı format olmasında əminik".
Lavrov vurğulayıb ki, əgər tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda təmsil olunmasında razılığa gəlsələr, bu, onların qərarı olacaq və buna hörmətlə yanaşacağıq.
P.Sultanova
713