Rusiyanın yeni səfiri Bakıya gəlib

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov Bakıya gəlib.
Bu barədə 1news.az Rusiyanın Bakıdakı səfirliyinə istinadla xəbər verir.
Səfir etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 29 may tarixli fərmanı ilə Mixail Boçarnikov Azərbaycana səfir təyin edilib.
1news.az
425