XİN-in "qara siyahısı"nda adı olan CNN-nin aparıcısı intihar etdi - FOTO
CNN-nin məşhur aparıcısı, yazar və aşpaz Antoni Burden dünyasını dəyişib.
1news.az xarici mediaya istinadla xəbər verir ki, 61 yaşlı aparıcının intihar etdiyi bildirilir.
Televiziya şouları və kitabları ilətanınan Burden həm də aşpaz kimi məşhur idi. Yeməyə olan marağı gənc yaşlarında ailəsi ilə Fransaya gedərkən yaranıb. Bundan sonra isə dünya mətbəxini kəşf etmək üçün səyahətə çıxıb.
CNN-nin açıqlamasında məşhurun ölümü təsdiqlənib və bundan dərin təəssüf ifadə edilib.
Qeyd edək ki, Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və oradan mətbəx haqqında veriliş hazırladığı üçün adı XİN-in arzuolunmaz şəxslər siyahısına daxil edilmişdi.
P.Sultanova
472