Zakir Həsənov NATO-nun toplantısında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov NATO-nun toplantısında iştirak edib – FOTO

16:47 - 08 / 06 / 2018
Zakir Həsənov NATO-nun toplantısında iştirak edib – FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda çıxış edərək ölkəmizin Əfqanıstana göstərdiyi dəstək barədə ətraflı məlumat verib. Müdafiə naziri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

S.Xankişiyeva

Paylaş:
456

Son xəbərlər

Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10Azərbaycanın hərbi qulluqçusu minaya düşübBu gün, 14:02İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51
Bütün xəbərlər