Fərhad Məmmədov: Azərbaycan üçün Ermənistan-Türkiyə sərhədinin bağlanması çox əhəmiyyətlidir – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: Azərbaycan üçün Ermənistan-Türkiyə sərhədinin bağlanması çox əhəmiyyətlidir – VİDEO

16:23 - 09 / 06 / 2018
Fərhad Məmmədov: Azərbaycan üçün Ermənistan-Türkiyə sərhədinin bağlanması çox əhəmiyyətlidir – VİDEO

İyunun 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Gürcüstanın Strateji Araşdırmalar üzrə Rondeli Fondunun, eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional deteminantları” mövzusunda beynəlxalq konfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, konfrans iştirakçılarından biri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi direktoru Fərhad Məmmədov olub.

Tbilisiyə səfəri zamanı F.Məmmədov STV telekanalından yayımlanan “Sərhəd zonası” verişilişinə dəvət alıb. Verilişdə Suriyada erməni lobbisi, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ABŞ, Rusiya və Gürcüstan münasibətləri müzakirə olunub.

Müsahibə zamanı verilən suallardan biri 2011-ci ildə Rusiya ilə Gürcüstan arasında imzalanan Gürcüstanın separatçı regionları – Abxaziya və Cənubi Osetiya ilə bağlı “Ticarət dəhlizləri haqqında” müqavilə ilə əlaqədar olub.

 “Azərbaycanda Gürcüstanla Rusiya arasında baş verən diskussiyalar diqqətlə izlənilir. İlk növbədə Gürcüstanın ərazi bütövlüyünün necə həll olunacağı məsələsi diqqət mərkəzindədir. Bu, ən vacib məqamdır”, - deyə F.Məmmədov bildirib.

F.Məmmədov Azərbaycan ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğalı ilə bağlı ölkəmizin Ermənistanı bir çox layihələrdən təcrid etməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və işğal olunmuş torpaqların qaytarılması şərtilə qapıları açıq saxlayır:

“Bu məsələdə Azərbaycan Türkiyəni dəstəkləyir. Azərbaycan üçün bu dəstək Ermənistan-Türkiyə sərhədinin bağlanmasıdır. Bu, daha çox əhəmiyyətlidir”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
620

Son xəbərlər

Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35
Bütün xəbərlər