Tbilisidə keçirilən mitinqdə hökumətin istefası tələb olunur – YENİLƏNİB
Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər.
1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.
Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.
16.36
İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilməyə başlanıb.
Mitinq "Öldürmə" devizi altında keçirlən aksiyada əsasən hökumətin istefası tələb olunur.
Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb:
"Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir".
Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.
Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti bağlanıb. Lakin axşama doğru onların sayının bir neçə.min nəfər artacağı söylənilir.
S.Xankişiyeva