BƏƏ səfirliyi Yəmənin Hodeyda şəhərindəki hərbi əməliyyatlara dair bəyanat yayıb | 1news.az | Xəbərlər
Dünya

BƏƏ səfirliyi Yəmənin Hodeyda şəhərindəki hərbi əməliyyatlara dair bəyanat yayıb

16:45 - 13 / 06 / 2018
BƏƏ səfirliyi Yəmənin Hodeyda şəhərindəki hərbi əməliyyatlara dair bəyanat yayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi  Yəmənin Hodeyda liman şəhərindəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

1news.az-a daxil olan bəyanatda deyilir ki, Ərəb koalisiyasının Yəmənə  müdaxiləsi, eləcə də Hodeyda ətrafında  gedən əməliyyatlar  qanuni  Yəmən hökumətinin xahişinə əsaslanır və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla,  qurumun bütün müvafiq  qətnamələrinə uyğundur. 

Hodeydanı azad etmək üçün olan Ərəb koalisiyası əməliyyatları  Yəmənin qanuni  hökumətinə  strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək,  ölkədə humanitar böhranı  yüngülləşdirmək və  siyasi prosesdəki  vəziyyətdən çıxış əldə etmək  məqsədini  daşıyır.

Bəyanatda vurğulanıb ki, husi  qıyamçıları Hodeyda limanından Səudiyyə şəhərlərini hədəf almaq məqsədilə İran  silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək üçün istifadə edərək, eləcə də  limanın gəlirlərindən özlərinin davam edən  amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə edərək, Hodeyda limanını müharibəni  və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar ediblər. 

Husilərin limanı pis idarə etməsi və  humanitar ehtiyatları tutub saxlamaları Yəməndə  humanitar vəziyyətə faciəvi şəkildə  təsir edib. Koalisiyanın yardım yükləri tez-tez qiyamçılar tərəfindən müsadirə edilib və qara bazara yönəldilib. Bu, koalisiyanın  humanitar böhranı yüngülləşdirmək  məqsədi daşıyan  öhdəliyini  poza bilməyib. 

Bir ildən çoxdur ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri  davam edərkən,  husilər  BMT elçisi Martin Qriffisin  limanı BMT rəsmilərinə təslim etmək üçün etdiyi ən son əzmi  də daxil olmaqla,  BMT elçisinin limanı vermək təkliflərinə təkrar-təkrar  etiraz ediblər. 

Husilərin siyasi həll yolunu qəbul etməməsi işığında, ərəb koalisiyasının  günahsız yəmənli mülki əhalini  qorumaq və  yardım yüklərinə təhlükəsiz yol təmin etmək  məqsədilə hərbi  həll yolu ilə getməkdən başqa  seçimi qalmadı.

Ərəb koalisiyası  limanın  azad edilməsinin  ölkəyə  ən çox ehtiyac duyulan humanitar yardımın həcminin artmasına təxirəsalınmaz təsir edəcəyini  təmin etmək üçün beynəlxalq ictimaiyyətlə  iş birliyinə sadiq qalır. Ərəb koalisiyası, həmçinin,  azad olunmuş ərazilərdə  Yəmən xalqının  təxirəsalınmaz və uzun müddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli  humanitar plan başlayıb. 

Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına  planlaşdırdığı fəaliyyət barədə məlumat verib, onların  heyətinin  vaxtından əvvəl Hodeydadan təhlükəsiz keçidini təmin edib.

Bəyanatda o da qeyd edilib ki, husi qiyamçılarından limanın geri alınması problemi siyasi həll yoluna daşımaq, BMT-nin danışıqlarına təkan vermək məqsədini daşıyır: 

"Limanın səmərəliliyini  artırmaqla və  husi qiyamçıları tərəfindən yardımı ödəməyə artıq nəzarət olunmayacağını və sui-istifadə edilməyəcəyini təmin etməklə  Hodeydanın azad  edilməsi   Yəmən xalqının  ehtiyaclarının yüngülləşməsinə  xidmət edəcək və  böhranın uzun müddətli  həllini tapmaq üçün  yeni təkanı təmin edəcək".

P.Sultanova

 

 

 

 

 

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər