ABŞ Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

15:06 - 14 / 06 / 2018
ABŞ Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir. Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.

S.Xankişiyeva

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər