Aparıcını geyiminə görə canlı yayımdan qovdular – FOTO – VİDEO
Küveytli aparıcı Amal əl-Avadi canlı yayım zamanı efirdən qovulub.
1news.az-ın “Metro” nəşrinə istinadla xəbər verir ki, buna səbəb izləyicilərin aparıcının geyimindən narazı qalması olub.
Efir zamanı redaktor canlı yayımın dayandırılmasını tələb edib. 29 yaşlı aparıcı telekanaldan uzaqlaşdırılıb. Aparıcı “Snapchat” vasitəsilə verdiyi açıqlamada müqavilədəki maddələri pozmadığını açıqlayıb.
Məlum olub ki, hadisəyə səbəb izləyicilərin aparıcının geyiminə qəzəblənməsi olub. Onların fikrincə, Ramazan ayında heç bir aparıcı bu cür geyinməməlidir.
“Aparıcılar Ramazan vaxtı ciddi geyimdən istifadə etməlidirlər”, - izləyicilər sosial şəbəkədə yazıblar.
Şayiələrə görə, Əl-Avadi yüksək vəzifəli məmur tərəfindən işdən qovulub. Kanal bu versiyanı təsdiqləməyib.
1news.az