Novruz Məmmədov Azərbaycan xalqını təbrik edib

Baş nazir Novruz Məmmədov müqəddəs Ramazan bayramı və Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə hökumət başçısı təbrikini sosial şəbəkə vasitəsilə yayıb.
“Hamını müqəddəs Ramazan bayramı və xalqımızın Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin ailəsinə xoşbəxtlik, səadət, firavanlıq və ürəyinizdə tutduğunuz arzu və niyyətlərinizin həyata keçməsini diləyirəm”, – deyə təbrikdə vurğulanıb.
S.Xankişiyeva
621