Zaxarova: Müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir

15:56 - 15 / 06 / 2018
Zaxarova: Müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir

Fikrimizcə, münasib atmosferin yaradılması Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin irəli getməsinə imkan verir.

1news.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 15-də keçirdiyi brifinqdə Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşınyanla görüşünün Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin fəallaşmasına təkan verib-verməyəcəyi barədə sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir.

M.Zaxarova həmçinin qeyd edib ki, ikitərəfli və ya çoxtərəfli formatda iki ölkənin liderlərinin görüşü ilə “həlli üçün müvafiq formatın mövcud problemi” arasında fərq var.

S.Xankişiyeva

 

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər