Şengen vizasının qiyməti artır
Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq qərarına gəlib.
1news.az xəbər verir ki, bununla bağlı olaraq Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.
Qeyd olunur ki, dəyişikliklərə əsasən viza üçün altı ay əvvəlcədən və səfərə azı 15 gün qalanadək müraciət etmək olar.
Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir. Hazırda isə vizanın qiyməti 60 avro təşkil edir.
1news.az
598