Moskva 2024-cü ilədək İrəvanı Su-30SM döyüş təyyarələri ilə təchiz edəcək | 1news.az | Xəbərlər
Ermənistan

Moskva 2024-cü ilədək İrəvanı Su-30SM döyüş təyyarələri ilə təchiz edəcək

09:43 - 20 / 06 / 2018
Moskva 2024-cü ilədək İrəvanı Su-30SM döyüş təyyarələri ilə təchiz edəcək

Moskva 2024-cü ilədək İrəvanı Su-30SM döyüş təyyarələri ilə təchiz etmək istəyir.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın kommersant.ru nəşri yazıb.

Məlumatda deyilir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən qısa müddət əvvəl, Müdafiə Nazirliyi 2024-cü ilədək Rusiyanın çoxfunksiyalı Su-30SM döyüş təyyarələrini almağı təxirə salıb.

Müqavilə 2012-ci ildə imzalanıb, lakin maliyyə çətinlikləri səbəbindən qüvvəyə minməyib. Nəşr yazıb ki, Rusiya Ermənistanın yeni rəhbərliyi ilə müqavilənin həyata keçirəcəyini gözləyir.

Baş nazir Nikol Paşinyan artıq Su-30SM-in kabinəsində oturub və onu "dünyanın ən yaxşılarından biri" adlandırıb.

Ermənistanın Su-30SM əldə etmək istəyi ilə bağlı danışıqlar Nikol Paşinyanın Facebook-da bu təyyarənin kabinində fotoşəkil paylaşmasından sonra  yenidən bərpa olunub.

P.Sultanova

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər