ATƏT-in 25 səfirdən ibarət nümayəndə heyəti Bakıya gəlib

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyətin Azərbaycana səfəri başlayıb.
1news.az xəbər verir ki, nümayəndə heyətinin regiona səfəri iyunun 18-də başlayıb. Onlar əvvəlcə Ermənistan, daha sonra Gürcüstanda səfərdə olublar.
Səfərin məqsədi ATƏT nümayəndələrinin real vəziyyətlə tanış olmaq, xüsusilə ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq sabitlik, sülh və tərəqqiyə dəstəyin, həmçinin bu ölkələrin ATƏT-in onlarla qarşılıqlı fəaliyyətinin təsdiqidir.
Səfirlər Bakıda ölkə rəhbərliyi, parlament, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.
1news.az
452