QDİƏT Parlament Assambleyasında sədrlik Ermənistana keçib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında sədrlik Albaniyadan Ermənistana keçib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, sədrliyin ötürülməsi mərasimi Albaniyada QDİƏT PA-nın iclası çərçivəsində baş tutub.
İclasda erməni heyətinə parlamentinin vitse-spikeri Eduard Şarmazanov rəhbərlik edib.
P.Sultanova
413