Ərdoğan: Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək

16:44 - 22 / 06 / 2018
Ərdoğan: Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək

Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək.

1news.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyi də birləşdiriləcək.

R.T.Ərdoğan qeyd edib ki, seçkilərdən sonra ölkədə ümumilikdə 16 nazirlik fəaliyyət göstərəcək.

O əlavə edib ki, bundan başqa, bir sıra nazirliklərin adının dəyişdirilməsi gözlənilir.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

1news.az

Paylaş:
460

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər