Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb

09:42 - 22 / 06 / 2018
Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.

1news.az-ın məlumatına görə, DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Belə ki, 17 iyun tarixində “Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tap­ıb.

19 iyun tarixində “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­ib.

Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub. 

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.

1news.az

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər