Novruz Məmmədov: Azərbaycanda dinlərarası anlaşma üçün böyük addımlar atılıb

Azərbaycan indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirib. Bunun davamı olaraq Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) layihələri də uğurla reallaşdırılır.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov CAMCA (Central Asia, Mongolua, Caucasus and Afganistan) Regional Forumunda deyib:
“Düşünürəm ki, bu lahiyələrə daha da güclü dəstək vermək olardı. Amma təəssüf ki, bəzən böyük məqsədlər kiçik hislərə qurban verilir”.
“Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Azərbaycan son illərdə Qərbə daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçib. Baxmayaraq ki, biz o qədər də güclü siyasi dəstək görmürük, bu istiqamətdə böyük işlər görürük”, - deyə o, qeyd edib.
Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanda həm də dinlərarası anlaşma üçün böyük addımlar atılıb.
“Bunlara baxmayaraq, Qərb mətbuatında Azərbaycanda olan hər bir kiçik problemi şişirtməyə çalışırlar. Lakin 25 il ərzində azərbaycanlı qaçqınları haqqında bir dənə də olsun fundamental yazı olmayıb”.
S.Xankişiyeva