Birinci xanım 39 dollarlıq gödəkçə geyindi, sərt tənqid olundu | 1news.az | Xəbərlər
Dünya

Birinci xanım 39 dollarlıq gödəkçə geyindi, sərt tənqid olundu

11:54 - 22 / 06 / 2018
Birinci xanım 39 dollarlıq gödəkçə geyindi, sərt tənqid olundu

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yenidən medianın sərt tənqidinə tuş gəlib.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, birinci xanımın tənqid edilməsinə səbəb onun geyindiyi gödəkçə olub. Belə ki, Texas ştatındakı  ailələrindən ayrılmış qaçqın uşaqların yerləşdiyi mərkəzə baş çəkən  Melaniya arxa hissəsinə “Mənim üçün həqiqətən də maraqlı deyil, bəs sizin?” ("I really don't care do u?") yazılmış gödəkçə geyinib.

Media hesab edir ki, qaçqın uşaqlarla görüşə gedən zaman bu cür geyim doğru deyil. Qeyd edək ki, Zara brendinə məxsus olan gödəkçənin qiyməti 39 dollardır.

Birinci xanımın mətbuat katibi isə paltarın heç bir  gizli məna daşımadığını açıqlayıb.

Prezident Trapm da “Tvitter” səhifəsində hadisəyə reaksiya verib: 

“Melaniyanın gödəkçəsinin arxasındakı “Mənim üçün həqiqətən də maraqlı deyil, bəs sizin?” yazısının saxta mediaya bir mesaj olduğunu qeyd edib. Melaniya onların nə dərəcədə riyakar olduğunu anladı və həqiqətən də artıq onları vecinə almır”.

(“I REALLY DON’T CARE, DO U?” written on the back of Melania’s jacket, refers to the Fake News Media. Melania has learned how dishonest they are, and she truly no longer cares!).

1news.az

 

 

Paylaş:
1284

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər