Kadırov Salaha hədiyyə verib | 1news.az | Xəbərlər
Dünya

Kadırov Salaha hədiyyə verib

18:39 - 24 / 06 / 2018
Kadırov Salaha hədiyyə verib

Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov Misir yığmasının hücumçusu Məhəmməd Salaha Qroznı klubu “Axmat”ın futbolkasını hədiyyə edib.

1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Kadırov “VKontakt”dakı səhifəsində yazıb.

Kadırov Misir komandasının şərəfinə şam yeməyi təşkil edib. Həmin ziyafətdə Salahı Çeçenistanın fəxri adına layiq görüb.

“Human Rights Watch” hüquq müdafiəçiləri təşkilatının üzvləri Salahın çempinatdanöncəki istirahətini pozduğuna görə Kadırova hiddətləniblər. Belə ki, Kadırov Salahın istirahət etdiyi otelə gələrək Misir komandasının məşq etdiyi stadiona getməsini xahiş edib. Onlar tamaşaçıların alqışları altında oyuna başlayıblar.

S.Xankişiyeva

 

Paylaş:
391

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər