Qırğızıstan Azərbaycana yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

10:40 - 25 / 06 / 2018
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

Qırğızıstan prezident Sooronbay Jeenbekov Azərbaycana yeni səfir təyin edib.

1news.az  qırğız metbuatına istinadla xəbər verir ki, yeni səfir Bolot Otunbayevdir. Hazırda Rusiyada səfir olan Otunbayev iqamətgahı Moskvada olmaqla eyni zamanda  Ermənistana səfir təyin edilib.

B.Otunbayev Qırğızıstanın sabiq prezidenti Roza Otunbayevanın qardaşıdır.

O, 1965-ci ildə Oş vlayətində anadan olub. Moskva Dövlət Universitetinin tarix fakültəsini, Rusiya XİN yanında Dplomatik Akademiyanı bitirib.

Otunbayev ölkəsini Finlandiya, Danimarka, Norveç, İsveç, Almaniyada səfir vəzifəsində təmsil edib. 

P.Sultanova

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər