Polis Qriqoryanın arvadını tapa bilmir | 1news.az | Xəbərlər
Ermənistan

Polis Qriqoryanın arvadını tapa bilmir

14:13 - 27 / 06 / 2018
Polis Qriqoryanın arvadını tapa bilmir

Polis qeyri-qanuni silah- sursat saxlamaqda, ordudakı korrupsiya faktlarına görə həbs edilən general Manvel Qriqoryanın həyat yoldaşı  Nazik Amiryanı axtarır, amma hələlik tapa bilməyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə polisin açıqlamasında deyilir. Bildirilir ki, Nazik Amiryanın axtarışı davam edir.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin  müstəntiqi Nazik Amiryanın saxlanılması barədə qərar verib. Ancaq bir neçə gündür ki, onu tapmaq mümkün olmayıb.

M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının böyük həcmdə əmlakını mənimsəməkdə təqsirli hesab edilib.    

Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib. Sabiq müdafiə nazirinin müavini bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda o, 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Onun arvadı isə əsgərlər üçün nəzərdə tutulmuş konservləri gizlətməyə çalışıb. Yük maşınlarının sürücüləri bu barədə göstərişi Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryandan aldıqlarını etiraf ediblər.

P.Sultanova

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər