Hərbi vəziyyət zamanı daşınar mədəniyyət abidələri təhlükəsiz rayonlara köçürülə bilər
Azərbaycanda hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə biləcək.
1news.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən indiyə qədər yalnız fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilərdi.
1news.az